İtaliya prezidenti Sercio Mattarella baş nazir Mario Draqinin istefasını qəbul edib.
Azpost.info xəbər verir ki, bu barədə dövlət başçısının dəftərxanası məlumat yayıb.
“İtaliya prezidenti Sercio Mattarella bu gün İtaliyanın Baş naziri Mario Draqini qəbul edib. O, Senatda səsvermədən sonra istefasını təqdim edib. Prezident istefanı qəbul edib”, – məlumatda deyilir.
Azpost.info