İtaliyada ən qəddar mafiyanın 33 üzvü həbs edilib

16 Fevral 2021 - 18:47

İtaliya polisi narkotiklərin beynəlxalq ticarətində şübhəli bilinən 33 şəxsi həbs edib.

Paytaxt Romada, Kalabriya regionunun Reqqio, Toskana regionunun Qrosseto şəhərlərində, eləcə də Veneto regionunda həbs edilənlərin Ndranqeta mafiyasının üzvü olduğu iddia edilir. Prokurorluq orqanları həbs edilən şəxslərə qarşı narkotiklərin beynəlxalq ticarətində iştirak, qanunsuz silah gəzdirmə və iş adamlarını şantaj etmə maddələri üzrə ittiham irəli sürüblər. Cinayət əməllərinin izlərinin Ndranqeta şəbəkəsinin xətti ilə Cənubi Amerikaya qədər gedib çıxdığı bildirilir.

Qeyd edilməlidir ki, Ndranqeta İtaliyada ən qəddar və güclü mafiya təşkilatlarından biridir. Narkotik vasitələrin beynəlxalq ticarəti bu təşkilatın əsas gəlir mənbəyi sayılır. Hazırda Kalabriya regionunun Lamezia Terme şəhərində bu təşkilata daxil olan 300-dək cinayətkara qarşı məhkəmə prosesi aparılır.