İtaliyada anbarda gizlədilmiş 29 milyon doza vaksin tapılıb –QALMAQAL

İtaliyada “AstraZeneca“ əczaçılıq konserninə məxsus 29 milyonadək koronavirus əleyhinə peyvənd dozunun saxlandığı anbar aşkarlanıb.

İtaliyanın “La Stampa“ qəzeti xəbər verir ki, anbardakı peyvənd dozlarının Böyük Britaniyaya ixrac üçün nəzərdə tutulduğu bildirilir. Avropa İttifaqının sifariş etdiyi peyvənd kontingentinin çatdırılmasında gecikmələr yaşayan konsernin bu miqdarda peyvəndin anbarlarda saxlaması böyük əks-səda doğurub. Konsern ilkin razılaşmada nəzərdə tutulan 220 milyon doz əvəzinə bu ilin ilk yarısı Aİ-yə 100 milyon doz çatdıra biləcəyini elan edib.

“La Stampa“ Böyük Britaniya üçün nəzərdə tutulan peyvəndlərin İtaliyaya gəlib çıxmasına da aydınlıq gətirib. Məlum olub ki, Niderland Krallığının “Halix“ fabrikində istehsal edilən peyvənd kütləsi İtaliyanın “Catelent“ şirkətində flakonlara doldurulmaq üçün Latium regionuna göndərilib və hazırda Böyük Britaniyaya yola salınmaq ərəfəsindədir.

Avropa İttifaqı “AstraZeneca“ şirkətini istehsal olunmuş bu kontingenti müvafiq Avropa qurumlarından gizlətməkdə və gizlin şəkildə Böyük Britaniyaya ixraca hazırlaşmaqda ittiham edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Ermənistana dırnaq da verilməsin…Xörək bişirmərik, Azərbaycan qazı lazım deyil” –

Sonrakı məqalə

ABŞ-da ilk dəfə qaradərili vətəndaşlara təzminat ödəniləcək