İtaliyada Dantenin əlyazmaları aşkar edilib

Florensiya qadın monastırının başçısı Culiya Bolton Hollouey, Dante Aligyerinin ilk məlum əlyazmalarını aşkar edib. Bu kəşfdən əvvəl alimlərdə “İlahi komediya”nın yaradıcısının əl yazısının bir nümunəsi belə yox idi. Bu barədə “The Times” yazır.

Rusiyanın “Год литературы” saytı xəbər verir ki, Florensiyada və Vatikanda iki kitabxanada tapılan əlyazmalar Dantenin tələbəlik illərinə, XIII əsrin sonlarına aiddir. O vaxt Dante idarəetmə sənətinə aid əsərlərin üzünü köçürürdü.

Qeyd olunur ki, Dantenin xətti şagird xəttinə oxşayırdı, lakin o, əla Toskana ləhcəsində yazırdı. Bu ləhcə digərlərinə nisbətən latın dilindən az fərqlənirdi və İtaliyanın ədəbi dilinin əsası olmuşdu. Onun təsirini “İlahi komediyada” da görmək mümkündür.

Əlyazmalar “kançelleska” şrifti ilə yazılıb. Çox güman ki, Danteyə bu şrifti atası öyrətmişdi. Əlyazmalar üçün ucuz kağızdan istifadə olunub, bunu da tamamilə izah etmək olar, axı gələcək şair cavanlıqda öz həmyaşıdlarının əksəriyyətindən yoxsul idi.

Holloueyin fikrincə, bu tapıntılar “İlahi komediya” haqqında müəyyən təsəvvür yaradır. Məsələn, qaralamalarda dairə üzərində kvadrat çəkilib. Şair “İlahi komediya”da İlahini təsvir etmək üçün məhz bu cür konsepsiyadan istifadə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Bu seçkilərdə Paşinyanın bəxti gətirdi…” –

Sonrakı məqalə

Şəhriyar Məmmədyarov Harri Kasparovu məğlub etdi