İtaliyada “Formula-1”in rusiyalı pilotunun villasına həbs qoyuldu

İtaliyanın Sardiniya adasında rusiyalı iş adamı Dmitri Mazepin və onun oğlu – “Formula-1”in pilotu Nikita Mazepinə məxsus villaya həbs qoyulub.

Azpost.info xəbər verir ki, Mazepinlər adanın şimal-şərqindəki Olbia şəhərində yerləşən bu mülkə xaricdə qeydiyyatdan keçmiş şirkət vasitəsilə sahib olublar.

Dmitri Mazepin və oğlu Nikita Ukraynadakı vəziyyətə görə Avropa İttifaqının sanksiya siyahısına salınıb. Bunun ardınca D.Mazepin “Uralxim” şirkətinin nəzarət paketindən imtina edərək onu 100 faizdən 48 faizə endirdi. ABŞ-ın “Haas” komandası isə Nikita Mazepinlə müqaviləni ləğv edib.

Azpost.info

Əvvəlki məqalə

Ceyhun Bayramovla Ermənistanın XİN başçısı sülh sazişini müzakirə edib

Sonrakı məqalə

Rusiyada binada partlayış olub, 6 nəfər ölüb