İtaliyada keçirilən “G20 VIII Dinlərarası Forum”u başa çatıb

İtaliyanın G20-yə sədrliyi çərçivəsində sentyabrın 12-14-də Bolonya şəhərində keçirilən “G20 VIII Dinlərarası Forum”u başa çatıb.
Bağlanış mərasimində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə, Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) icraçı direktoru Rəvan Həsənov da iştirak ediblər.
Tədbirdə İtaliyanın Baş naziri Mario Draqinin, Avropa Komissiyasının keçmiş prezidenti Romano Prodinin, Bolonya arxiyepiskopu kardinal Matteo Zuppinin və İtaliyanın Dini Elmlər Fondunun (FSCIRE) katibi Alberto Melloninin çıxışları dinlənilib.
Xatırladaq ki, İtaliyanın milli təşkilat komitəsi sədrinin dəvətinə əsasən forumda ölkəmizi Azərbaycanın dini konfessiya rəhbərlərinin təmsil olunduğu nümayəndə heyətinin rəhbəri qismində Şeyxülislam Allahşükür Paşazadə təmsil edib.
“Mədəniyyətlər arasında sülh, dinlər arasında anlaşma” şüarı ilə keçirilən builki foruma müxtəlif ölkələrinin dövlət və hökumət başçıları, dini liderlər, xarici işlər, təhsil, mədəniyyət və dini işlər nazirləri, beynəlxalq təşkilatların rəhbərləri, görkəmli alim və ictimai xadimlər qatılıblar.
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Benzini ildə neçə dəfə bahalaşdırmaq olar? Absurddur…” –

Sonrakı məqalə

Şeyxülislam İtaliyada KAICIID-in Baş katibi ilə görüşüb