İtaliyada son sutkada 683 nəfər koronavirusdan ölüb

İtaliyada son bir gündə yeni növ koronavirusun yaratdığı xəstəlikdən 683 nəfər ölüb ki, bu da bir gün əvvəlki göstəricidən 60 nəfər azdır.

“TASS” xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamentinin rəsmi nümayəndəsi bildirib.

“Bu gün biz 683 xəstənin ölümünü qeyd etdik. Qurbanların ümumi sayı 7503-ə çatıb. Yoluxmuşların sayı hazırda 57521 nəfərdir. Son gün ərzində 1036 nəfər sağalıbümumilikdə 9362 xəstə virusdan xilas olub”, – məlumatda belə deyilir.

Bundan əvvəlki gün 743 nəfər virusdan ölmüşdü. Pandemiyanın başladığı ilk gündən bəri ölənlər və sağalanlarla birlikdə bu virusa yoluxmuşların ümumi sayı 74386 nəfərdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Tanınmışlar Allahşükür Paşazadəyə dəstək verdilər:

Sonrakı məqalə

ATƏT Minsk Qrupunun fəaliyyətini müsbət qiymətləndirib