ATƏT Minsk Qrupunun fəaliyyətini müsbət qiymətləndirib

“ATƏT Minsk Qrupu həmsədrlərinin davam edən səylərini tam dəstəkləyir”. 

Bu barədə ATƏT-in baş katibi Tomas Qremingerin ATƏT-in illik hesabatında dərc olunan məktubunda qeyd olunub.

“Həm Minsk Prosesi, həm də Beynəlxlaq Cenevrə Müzakirələri üçün Cənubi Qafqazda tələbkar bir ilin şahidi olduq. ATƏT Beynəlxalq Cenevrə Müzakirələrinin həmsədrliyindəki roluna qətiyyətlə sadiq qalır və ATƏT-in Minsk Qrupu həmsədrlərinin davam edən səylərini tam dəstəkləyir”, – deyə Tomas Qreminger bildirib.

O qeyd edib ki, Moldovadakı Dnestryanı münaqişəsində nəzərə çarpan nəticələr əldə etmək üçün də ATƏT çox  işlər görüb: “Daha çox etimad yaratmaq üçün səylər göstərmək vacibdir”. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İtaliyada son sutkada 683 nəfər koronavirusdan ölüb

Sonrakı məqalə

Azərbaycan ATƏT büdcəsinə bu qədər pul ödəyib