İtkin düşən hərbçimizin nəşi Xocavənd istiqamətində tapılıb –FOTO

Vətən müharibəsində itkin düşən daha bir hərbçimizin şəhid olduğu müəyyənləşib.

Şəhid Gəncə şəhər sakini, 1998-ci il təvəllüdlü Məmmədov Vüsal  Elşən oğludur.

V.Məmmədovun nəşi Xocavənd istiqamətində tapılıb. Onun cənazəsi sabah Gəncə şəhərinə gətirilərək Şəhidlər Xiyabanında dəfin ediləcək.

Qeyd edək ki, V.Məmmədov ailəsi ilə sonuncu dəfə ötən ilin noyabrın 6-da telefonla danışıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dövlət Rus Dram Teatrının əməkdaşları orden və medallarla təltif olundu –

Sonrakı məqalə

Moskvada yaşayan azərbaycanlı jurnalist vəfat edib –