“İyunda Putinlə görüşə biləcəyimizə inanıram” –

ABŞ prezidenti Bayden
07 May 2021 - 23:43

ABŞ prezidenti Bayden həmkarı Putinlə iyun ayında görüşəcəyinə əminliyini ifadə edib.

Azpost.info bildirir ki, Bayden bu barədə jurnalistlərlə görüşündə deyib. Jurnalistlər ABŞ prezidentindən bu görüşün iyun ayında baş tutub-tutmayacağı ilə bağlı soruşublar: “Mən inanıram ki, biz buna nail ola bilərik. Amma hazırda görüşün yeri və vaxtı barədə konkret heç nə məlum deyil. Bunun üzərində işləyirik”-deyə Bayden vurğulayıb.