İzmirdə 4,2 bal gücündə daha bir zəlzələ baş verib

03 Noyabr 2020 - 00:15

Türkiyənin Egey bölgəsində 4,2 bal gücündə daha bir zəlzələ baş verib.

Məlumatı Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb.

Zəlzələnin episentri İzmir vilayətinin Urla rayonudur. Təkanların ocağı yerin 6,85 kilometr dərinliyindədir.

Hələlik zəlzələnin fəsadları barədə dəqiq məlumat yoxdur.