İzmirdə zəlzələ nəticəsində 24 nəfər ölüb –

804 yaralı var YENİLƏNİB
31 Oktyabr 2020 - 08:10

İzmir şəhərində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb.

RİA Novosti xəbər verir ki, yaralıların sayı isə 804 nəfərdir.

**

İzmir şəhərində baş verən zəlzələ nəticəsində yaralıların sayı 763 nəfərə çatıb.

Dağıntılar altından insanların çıxarılmasına 3204 xilasedici, 20 kineloji it və 450 texnika əraziyə cəlb edilib.

Hazırda fəlakət bölgəsində xilasetmə işləri davam edir.

**

İzmir şəhərində baş verən zəlzələ nəticəsində yaralıların sayı 607-yə çatıb.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. 

AFAD-ın məlumatına görə, son zəlzələdən indiyədək Rixter cədvəli ilə 21-i 4 baldan yüksək olmaqla 170 təkan qeydə alınıb.

**

İzmirdə baş vermiş zəlzələ nəticəsində həlak olanların sayı 12-yə çatıb. 452 yaralı var. çatıb. 

**

İzmirdə baş vermiş zəlzələ nəticəsində yaralananların sayı 152 nəfərə çatıb. 

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. 

Bildirilib ki, 12 binada axtarış-xilasetmə işləri həyata keçirilir. 

İzmir valisi 30-a yaxın binada dağıntının qeydə alındığını qeyd edib. (APA)

**

İzmirdə baş vermiş zəlzələ nəticəsində 4 nəfər ölüb.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələ nəticəsində 120 nəfər yaralanıb.