İzmirdə zəlzələdə ölənlərin sayı 100-ə çatıb

03 Noyabr 2020 - 09:39

İzmirdəki zəlzələ nəticəsində həyatını itirənlərin sayı 100 nəfərə çatıb.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib.

Qeyd olunub ki, təbii fəlakət səbəbindən xəsarət alan 994 nəfərdən 147-si xəstəxana şəraitində müalicə olunur, 847-si evə buraxılıb.