İzmirdəki zəlzələ nəticəsində ölənlərin sayı 49 nəfərə çatıb

01 Noyabr 2020 - 11:09

İzmirdə baş verən zəlzələdən 42 saat sonra iki nəfər dağıntılar altından sağ çıxarılıb.

Xəstəxanaya yerləşdirilən bu şəxslərin vəziyyəti ilə bağlı hələ məlumat yoxdur.

Dağıntılar altında hələ də insanların qaldığı ehtimal edilir.

Türkiyə Daxili İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) verilən məlumata əsasən zəlzələ nəticəsində ölənlərin sayı 49 nəfərə çatıb.