Jan-Pol Belmondo vəfat edib

Dünya şöhrətli fransız aktyor Jan-Pol Belmondo vəfat edib.

Bu barədə “Frans-Press” məlumat yayıb.

Aktyor 88 yaşında dünyasını dəyişib.

1933-cu ildə Parisdə dünyaya gələn aktyor 1957-ci ildə ilk filminə çəkilib. Ona məşhurluğu isə Jan-Lyuk Qodarın “Son nəfəsdə” filmi gətirib. Bundan sonra bir çox macəra və komediya filmlərində yer alan aktyor ümumilkdə 81-dən çox filmdə oynayıb.

O, ən yaxşı kişi roluna görə 1989-cu ildə “Sezar”, 2011-ci ildə “Qızıl Palma budağı”, 2016-cı ildə isə “Qızıl şir” mükafatına layiq görülüb.

Fəxri Legion ordeninin komandoru olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Əvvəlki məqalə

Ağdaşda 13 və 15 yaşında iki qız su kanalında batıb

Sonrakı məqalə

Azərbaycanda məktəblər açılır –