“jurnalist Əmrah Fəqanoğlu süni tənəffüs cihazına qoşulub, vəziyyəti ağırdır” –

TƏBİB
22 İyul 2020 - 15:20

İctimai Televiziya və Radio Yayımları Şirkətinin koronavirusa yoluxan redaktoru, tanınmış jurnalist Əmrah Fəqanoğlunun vəziyyəti ağır qiymətləndirilir.

Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva bildirib.

Onun sözlərinə görə, pasiyent süni tənəffüs cihazına qoşulub, intensiv terapiya şöbəsində müalicəsi davam etdirilir: “Hələlik müalicənin gedişatı ilə bağlı proqnoz vermək mümkün deyil”.