“Münaqişənin nizamlanması üçün əldə olunan irəliləyiş geri çevrilməməlidir” –RUSİYA XİN

“Rusiya o mövqedən çıxış edir ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair beynəlxalq ictimaiyyət tərəfindən ATƏT-in Minsk qrupu çərçivəsində daha əvvəl işlənib hazırlanan hər şey danışıqlar masasında qalmalıdır”.

Bunu Rusiya Xarici İşlər Nazirinin müavini Aleksandr Qruşko TASS agentliyinin baş direktorunun müavini Mixail Qusmana müsahibəsində deyib.

Nazir müavini bildirib ki, hazırkı böhran, ilk növbədə Rusiya Federasiyasının Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektivlərini yaxınlaşdırmaq üçün titanik səyləri nəticəsində əldə olunan irəliləyişin geri çevrilməsinə səbəb olmamalıdır.

“Bu münaqişənin həlli, bütövlükdə bölgədəki vəziyyəti, o cümlədən bütün tərəfdaşlar arasında ikitərəfli münasibətləri yaxşılaşdıracaq. Hər kəsi, xüsusən də Minsk Qrupu ölkələrini bu cür mövqedən çıxış etməyə çağırırıq”, – deyə rusiyalı diplomat qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“jurnalist Əmrah Fəqanoğlu süni tənəffüs cihazına qoşulub, vəziyyəti ağırdır” –

Sonrakı məqalə

KİV nümayəndələri təltif edilib –