Jurnalist Aynur Elgünəşə qarşı kobudluq edən Mingəçevir həkimlərinə töhmət verilib –

TƏBİB
08 İyun 2021 - 20:02

“Səhiyyə sahəsində aparılan islahatlara kölgə salan istənilən neqativ hərəkət bizi narahat və məyus edir”.

Bu barədə TƏBİB-in məlumatında yer alıb.

Qeyd olunub ki, jurnalist Aynur Elgünəşin Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında qarşılaşdığı xoşagəlməz münasibət barədə aparılan araşdırmanın nəticələrinə əsasən, səlahiyyətli şəxslər cəzalandırılıb:

“Belə ki, xəstəxananın baş həkimi Eldar Kərimov, travmatoloq Cavid İsmayılov, cərrah Tofiq Balakişiyevə intizam məsuliyyətinə cəlb edilərək töhmət verilib.Ümid edirik ki, bir daha tibb işçiləri tərəfindən həkim etikasına yaraşmayan belə davranışlar təkrarlanmayacaq.

Vətəndaşlarımızı, eləcə də media təmsilçilərini isə neqativ hallara qarşı mübarizədə birgə fəaliyyətə dəvət edirik. Əminik ki, ictimai qınaq bəhrəsini verəcək”.