Jurnalistin anasının klinikada ölümü ilə bağlı araşdırma aparılır

Jurnalist Fərahim İlqaroğlunun anasının klinikada ölməsi ilə bağlı araşdırma aparılır.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, martın 18-də 1967-ci il təvəllüdlü Bahar Qasımovanın Sabunçu rayonu ərazisində yerləşən “Stimul Hospital”da ölməsi faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, Fərahim İlqaroğlu anasının həkim səhlənkarlığı səbəbindən öldüyünü iddia edir. O, hadisənin araşdırılması üçün aidiyyəti qurumlara müraciət etdiyini bildirib(trend).

Əvvəlki məqalə

Sabah hava necə olacaq?

Sonrakı məqalə

“Qarabağ” dünya rekordunun bir addımlığında