Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

Avqustun 30-u saat 22:35 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Əvvəlki məqalə

Ali məktəblərə aparılan müsabiqənin nəticələri açıqlandı

Sonrakı məqalə

Moskva-Mahaçqala avtobusu TIR-la toqquşub