Estoniyalı atlet Yaan Ruz paytaxtımızın simvollarından biri olan “Alov qüllələri”ndə möhtəşəm bir sleklayn performansı həyata keçirib.
Yaan Ruz ən çətin və təsirli tarazlıq fəaliyyəti olan sleklaynın (bir nöqtədən digərinə uzanan neylon və polyester ip üzərində tarazlıqla hərəkət etmək) mürəkkəb bir kəndirbaz addımını yerinə yetirib.
O, yerdən 183 metr hündürlükdə, 200 və 135 metrlik iki ip üzərində tarazlıq nümayiş etdirib.