“Kəlbəcəri dağıdan, yandıran düşmən onun cavabını verəcək” –PREZİDENT İLHAM ƏLİYEV

Prezident İlham Əliyev ermənilərin Kəlbəcəri tərk edərkən törətdiyi vandallıqlara münasibətini bildirib.

Azpost.info bildirir ki, Ali baş komandan Cəbrayıl şəhərində olarkən ermənilərin vəhşicəsinə evlərə, təbiətə vurduğu zərəri pisləyib. Dövlət başçısı deyib ki, bütün bunlara beynəlxalq eksperlər tərəfindən qiymət veriləcək.

“Bu günlərdə Kəlbəcəri dağıdan, meşələri qıran, məktəbləri yandıran düşmən onun da cavabını verəcək”-deyə İlham Əliyev vurğulayıb.

Qeyd edək ki, Dağlıq Qarabağla bağlı imzalanmış üçtərəfli sazişə əsasən Ermənistan işğal etdiyi Kəlbəcər rayonunu noyabrın 25-nə qədər geri qaytarmalıdır. Bu qərardan sonra rayonu tərk edən ermənilər yaşadıqları evləri, məktəbləri, meşələri yandırmağa başlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Ermənistana qarşı beynəlxalq məhkəmədə təzminat davası açılacaq” –

Sonrakı məqalə

İlham Əliyev və Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayılda –