“Ermənistana qarşı beynəlxalq məhkəmədə təzminat davası açılacaq” –İLHAM ƏLİYEV CƏBRAYILDA BƏYAN ETDİ

“İşğal altda olmuş rayonlarda bütün binalar, infrastruktur düşmən tərəfindən dağıdılıb. Buna görə beynəlxalq məhkəmədə cavab verəcəklər”.

Azpost.info bildirir ki, bu sözləri Prezident İlham Əliyev Cəbrayıl şəhərinə səfəri zamanı deyib.

Dövlət Başçısının sözlərinə görə, bu ərazilərə  beynəlxalq qurumlar, ekspertlər gələcək: “30 il ərzində bizə vurulmuş bütün ziyan hesablanacaq və onlara qarşı təzminat davası açılacaq. Onlar hesab edirdilər ki, bu dağıntılardan sonra heç vaxt azərbaycanlılar bura qayıtmayacaq. O məqsədlə buranı dağıdıblar. Amma səhv ediblər. Biz qayıtmışıq. Öz doğma torpağımızdayıq. Bütün buraları bərpa edəcəyik”-deyə prezident bildirib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

ABŞ-ın Dövlət katibi İstanbula gəlib

Sonrakı məqalə

“Kəlbəcəri dağıdan, yandıran düşmən onun cavabını verəcək” –