Kəmaləddin Heydərov Qəbələdə yanğın davam edən dağlıq ərazilərə gedib –-FOTO

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Qəbələ rayonunun Solquca kəndi yaxınlığındakı yanğın baş vermiş mürəkkəb relyefli dağlıq əraziyə gedib.

Nazir helikopterlə əraziyə baxış keçirib, yanğının qarşısının alınması üçün aparılan işlərlə tanış olub.

Yanğının söndürülməsi istiqamətində görülən tədbirlər barədə K. Heydərova məlumat verilib.

Nazir daha sonra rayonun Abrıx kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə də yanğının söndürülməsi işləri ilə tanış olub.

Fövqəladə Hallar Nazirliyinin qüvvələri yanğınla mübarizə tədbirlərini davam etdirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sahibkarların borcları çoxalır, gəlirləri azalır –

Sonrakı məqalə

İlham Əliyev və Mehriban Əliyeva Şuşada Vaqif Poeziya Günlərinin açılışında iştirak edib