“Kiyev Rusiyaya birləşmiş yeni regionları tanımasa, sülh olmayacaq”- PESKOV

“Ukraynada münaqişənin həlli üçün sülh planı mümkün deyil. Çünki Kiyev mövcud reallıqları nəzərə almır”.

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Ukrayna Rusiyanın yeni regionlarını tanımasa, vəziyyəti diplomatiya yolu ilə həll etmək mümkün olmayacaq.

“Bugünkü reallıqları nəzərə almayan heç bir sülh planı ola bilməz. Rusiya ərazisi, dörd yeni regionun Rusiyaya birləşdirilməsi… Bu reallıqları nəzərə almayan heç bir plan sülhə hesablandığını iddia edə bilməz”, – Peskov deyib.

Azpost.info

Əvvəlki məqalə

Kənd Təsərrüfatı Nazirliyinə yeni səlahiyyət verilib

Sonrakı məqalə

Sahibə Qafarova İsrail səfiri ilə görüşüb-