Kəndin yeganə sakini 82 yaşında vəfat edib

Gürcüstanın Xevsureti bölgəsində, ucqar dağ yamacındakı Zeistexo kəndinin yeganə və sonuncu sakini Mixa ata kimi tanına Mixail Arabeli 82 yaşında dünyasını dəyişib.

Son 20 ili tək yaşayan M.Arabeli kəndin yeganə sakini olub.

Qeyd edək ki, Zeistexo kəndi dəniz səviyyəsindən 2000 metr yüksəklikdə yerləşir.

Zeistexo kəndi ilə qonşu Borisakxo yaşayış məntəqəsi arasında məsafə 25 kilometr, Duşeti turizm bölgəsinə qədər olan məsafə isə 75 kilometrdir.

1926-cı ildə aparılan siyahıyaalmaya görə, kənddə 54 nəfər – 33 qadın və 21 kişi yaşayıb. 2002-ci ildən bəri Mixail Arabeli kəndin yeganə sakin idi.

Yeməyi və digər zəruri əşyaları ona yerli könüllülər gətirirdilər.

Əvvəlki məqalə

Dneprdə raket zərbəsi nəticəsində ölənlərin sayı 30-a çatıb

Sonrakı məqalə

“Qarabağ”dan gedən Kadi vida mesajı yazdı –