“Kərim adamları tanımır, vəziyyəti çox pisdir” –Ağamirzə məşhur meyxanaçının son durumunu açıqladı

“Kərimin yanına gedə bilmirəm, gedəndə də məni tanımır”.

Bunu açıqlamasında  meyxana ustadı Ağamirzə deyib. O meyxanaçının vəziyyətinin getdikcə ağırlaşdığını bildirib.

“Kərimin vəziyyəti çox pisdir, getdikcə ağırlaşır. Yanına gedə bilmirəm. Oturub baxanda ürəyim ağrıyır. 40 ildən çoxdur bir-birimizi tanıyırıq. Amma bircə kəlimə söhbət edə bilmirik.  Deyirlər ki, “Kərim, Ağamirzə gəlib” baxır “Hə, hə” deyir sonra yenə gözləri gedir. Zəng vurub hərdən bacısı oğlu ilə danışıram. Bir tək nəfəsi gedib-gəlir. Heydər Əliyev Fondu müalicənin xərclərini öz üzərinə götürüb, amma müalicəlik də bir şey yoxdur, həkimlər də acizdir. Ümid Allahadır”. (Unikal.org)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Ədalət bizim tərəfimizdədir! Mən Sizinləyəm!” –

Sonrakı məqalə

Şirvan, Hacıqabul və Bakının üç rayonunda su kəsiləcək