“Kabil aeroportundakı rolumuz haqda ABŞ -la danışıqlar davam edir” –ƏRDOĞAN

“Bu günlərdə Türkiyə və ABŞ müdafiə nazirləri arasında telefon danışığı olub. Türkiyənin Kabildəki Həmid Kərzai Beynəlxalq Hava Limanında rolu barədə ABŞ və NATO ilə danışıqlar davam etdirilir”.

Bunu Diyarbəkirdə səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.

Ərdoğan qeyd edib ki, ABŞ Prezidenti Co Baydenlə son görüşündə bu məsələ ilə bağlı da ətraflı müzakirə aparılıb: “Türkiyə bu məsələdə nəyi qəbul edir, nəyi etmir, bunun qərarını verib. Biz bu məsələnin reallaşdırılmasında ən ideal şəkildə rol oynamaq niyyətindəyik”.(APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Postsovet “NATO”sunun gələcəyi varmı? –

Sonrakı məqalə

435 kriminal qrup zərərsizləşdirilib –