“Kabil hava limanınına görə Azərbaycana minnətdarıq” –

NATO-nun Baş katibi
20 Avqust 2021 - 20:44

Türkiyənin xarici işlər naziri Mövlud Cavuşoğlu NATO ölkələrinin xarici işlər nazirlərinin Əfqanıstandakı vəziyyətlə bağlı telekonfransında iştirak edib.
Bu barədə nazir özünün “twıtter” səhifəsində yazıb.

Qeyd edək ki, NATO ölkələrinin xarici işlər nazirləri iclasdan sonra qəbul etdikləri bəyanatda Əfqanıstanda şiddət və zorakılığın dərhal dayandırılması üçün çağırış ediblər.

İclasdan sonra jurnalistlərin suallarını cavablandıran NATO Baş Katibi Yens Stoltenberq Türkiyənin Kabildəki Həmid Kərzai adına Beynəlxalq Hava Limanının mühafizəsində açar rol oynadığını bildirib. Baş katib deyib ki, NATO bu ölkədəki hərbi mövcudluğunu başa çatdırsa da, hava limanında təhlükəsizliyə dəstək verir.

NATO baş katibi terror təşkilatlarının yenidən yuva qurmasına icazə verməyəcəyini deyərək Kabildəki hava limanının təhlükəsizliyinin təmin edilməsindəki həyati rollarına görə Türkiyə, ABŞ və İngiltərə ilə yanaşı Azərbaycana da təşəkkürünü bildirib: “24 saat evakuasiya üçün çalışırıq. Türkiyə əsas rol oynayır. Xüsusilə Kabildəki hava limanının təhlükəsizliyinin təmin edilməsindəki həyati rollarına görə Türkiyə, ABŞ və İngiltərəyə təşəkkür edirəm. Hava limanının təhlükəsizliyinə verdiyi dəstəyə görə Azərbaycana da minnətdarıq”.