Çeçenistan lideri Ramzan Kadırov Rusiyada keçirilən prezident seçkilərində səs verib.
Azpost.info xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti xəbər verib.
Kadırov ailə üzvləri ilə birlikdə ata-baba kəndi Axmat-Yurtdakı seçki məntəqəsinə gəlib.
İnsanlar bayram əhval-ruhiyyəsində seçkilərə gedirlər, qarşıdakı altı il üçün gələcəklərini seçirlər. Xalq yaxşı nəticələr gözləyir”, – Kadırov bildirib.
Çeçenistan seçki komissiyasının məlumatına görə, respublikada 514 seçki məntəqəsi, o cümlədən hərbi hissələrin ərazilərində dörd müvəqqəti məntəqə var. Moskva vaxtı ilə saat 15:00-da bölgədə seçici fəallığı 75 faizdən çox olub.
Azpost.info