Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov “Vaqner”in qiyamı ilə bağlı açıqlama verib.
Azpost.info-nun məlumatına görə, Kadıorv bildirib ki, Müdafiə Nazirliyinin və Rusiya Qvardiyasının Çeçenistandakı əsgərləri gərginlik zonalarına gedib.
Kadırov Priqojinin hərəkətini arxadan vurulan bıçaq və hərbi qiyam adlandırıb: “Arxa cəbhə həmişə sakit və etibarlı olmalıdır. Döyüşçülərə – Vətənimizin vətənpərvərlərinə müraciət edirəm. Təxribatlara aldanmayın. Dövlətin təhlükəsizliyi və belə bir məqamda rus cəmiyyətinin birliyi hər şeydən üstündür!
Baş verənlər Müdafiə Nazirliyinə ultimatum deyil. Bu, dövlətə qarşı çağırışdır və bu çağırışa qarşı hərbçilər, təhlükəsizlik qüvvələri, qubernatorlar, mülki əhali ümummilli liderin ətrafında birləşməsi lazımdır.
Üsyan yatırılmalıdır və bu, sərt tədbirlər tələb edirsə, biz hazırıq!”