Kadırov Rusiyada prezident seçkilərinin ləğvini təklif edir- Kreml nə deyir?

“2024-cü ildə prezident seçkilərinin keçirilməsi məsələsində Kreml dövlət başçısı Vladimir Putinin bütün demokratik prosedurlara riayət edilməli olduğunu vurğulayan sözlərini rəhbər tutur”.

Azpost.info xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov Çeçenistan lideri Ramzan Kadırovun müharibə dövründə prezident seçkilərini ləğv etmək barədə təklifini şərh edərkən bildirib.

Kadırov seçkinin keçiriləcəyi təqdirdə Putinin yeganə namizəd olmasını məqsədəuyğun sayıb.

“Prezident Putinin Federal Məclisə son müraciəti zamanı verdiyi bəyanatlardan çıxış edirik. Prezident demokratiyanın bütün tələblərinə, konstitusiyanın tələblərinə əməl olunmasının və müvafiq olaraq bu seçkilərin keçirilməsinin vacibliyini vurğulayıb. Bu, bizim prezidentimizin sözləri idi. Biz onları rəhbər tuturuq”, – Peskov deyib.

Azpost.info

Əvvəlki məqalə

İqtisadiyyat üzrə Nobel mükafatının qalibi açıqlanıb

Sonrakı məqalə

Ceyhun Bayramov İƏT-in Nazirlər Şurasının Şuşadakı iclasına qatılacaq