Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

Kaledoniyada Fransaya qarşı etiraz aksiyasında Azərbaycan bayrağı qaldırılıb

User 24 Noyabr 2023 - 11:51 (Last updated: 21 May 2025 - 20:15)
kaledoniya azeri

Yeni Kaledoniyanın paytaxtı Numea şəhərində Fransa müstəmləkəçiliyinə qarşı etiraz aksiyası keçirilib.

Fransa kolonializminə qarşı təşkil olunmuş etiraz aksiyasında cəmi 3 bayraq qaldırılıb ki, bunlardan biri də Azərbaycan bayrağıdır. Aksiya iştirakçıları Azərbaycan bayrağını ön cərgədə daşıyıb, tribunaya sancıblar.

Bundan başqa, aksiyada BMT və Yeni Kaledoniya bayraqları da qaldırılıb.

Sosialist və Milli KANAK Azadlığı Cəbhəsi tərəfindən təşkil edilən aksiyanın iştirakçıları Fransanın müstəmləkəçilik siyasətinə qarşı şüarlar səsləndirib, müstəqillik tələb ediblər.

Aksiyaya 10 minədək etirazçı qatılıb.

Qeyd edək ki, Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi Fransanın işğal etdiyi Dənizaşırı ərazilərin kolonializmdən azad olmasına yaxından dəstək verir.

Fransa müstəmləkəçiliyinə qarşı etiraz aksiyasında Fransa polisi Azərbaycanın bayrağının qaldırılmasının qarşısını almağa cəhd göstərib.

Fransız polisi aksiya iştirakçılarından Azərbaycan bayrağını yığışdırmağı tələb edib.

Lakin aksiyanın təşkilatçıları polisin tələbinə məhəl qoymayıb, bildiriblər ki, Azərbaycan onların dostudur, haqlı mübarizələrində onlara dəstək verir, odur ki, müstəqillik aksiyasında Azərbaycanın bayrağını qaldırıblar.

Nəticədə aksiyada Azərbaycan bayrağı yığışdırılmayıb.(APA)

Post navigation

Previous: Prezident İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarov ilə görüşüb
Next: Yeni yaradılan Ağdərəyə bu rayonların hansı kəndləri veriləcək? –

Oxşar xəbərlər

aqrar sahə
  • Baş Yazı

Fermer niyə az qazanır, ərzaq niyə bahadır? – Aqrar sahənin problemləri

User 29 Oktyabr 2026 - 18:48
ilham aliyev
  • Baş Yazı

Prezident İlham Əliyev Türkiyəyə getməyəcək

User 29 Oktyabr 2026 - 16:12
menzil
  • Baş Yazı

Bakıda mənzil almaq çətinləşir – 50, 70 və 100 kvadratlıq evlər neçəyədir?

User 29 Oktyabr 2026 - 15:43

xƏBƏR

paltaryuyan
  • Maraqlı

Paltaryuyan maşının qapısını yuyulmadan sonra bağlayırsınız? – Xəbərdarlıq

User 30 Oktyabr 2026 - 12:29
Bir çox insan paltar yuyulduqdan dərhal sonra paltaryuyan maşının qapısını bağlamağa çalışır. Onlar bunu qapının menteşələrinin və...
Read more about Paltaryuyan maşının qapısını yuyulmadan sonra bağlayırsınız? – Xəbərdarlıq
Türk Dövlətləri Təşkilatının yeni Baş katibi məlum olub tdt bas katib yeni
  • Dünya

Türk Dövlətləri Təşkilatının yeni Baş katibi məlum olub

User 30 Oktyabr 2026 - 12:13
Azərbaycanda bir gündə 97 nəfər saxlanıldı – 74-ü borclu çıxdı DIN
  • Kriminal

Azərbaycanda bir gündə 97 nəfər saxlanıldı – 74-ü borclu çıxdı

User 30 Oktyabr 2026 - 10:53
Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb eli esedov parle
  • Sosial

Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb

User 30 Oktyabr 2026 - 10:49
Tramp İrana hücum planını müzakirə etdi – ABŞ ordusu hərəkətə keçir Tramp
  • Dünya

Tramp İrana hücum planını müzakirə etdi – ABŞ ordusu hərəkətə keçir

User 30 Oktyabr 2026 - 10:13
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.