“Kalininqradın blokadasına cavabımız Litva üçün ciddi olacaq” –Patruşev

“Kalininqradın nəqliyyat blokadasına Rusiyanın cavabı Litva sakinləri üçün ciddi və həssas olacaq”.

Bu sözləri Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Kalininqradda keçirdiyi müşavirədə bildirib.

O, Litvanın Kalininqrad vilayətinə yüklərin tranzitini məhdudlaşdırmaq qərarını düşmənçilik adlandırıb.

“Bu qərar göstərir ki, Qərbin təkcə şifahi deyil, həm də yazılı bəyanatlarına etibar etmək olmaz”, deyə Patruşev vurğulayıb.

Əvvəlki məqalə

Məhkəmə hakimlərinin maaşı artırılır

Sonrakı məqalə

Paşinyana qarşı müxalifət hərəkatının başçısı deputat mandatından imtina edib