Paşinyana qarşı müxalifət hərəkatının başçısı deputat mandatından imtina edib

Ermənistan parlamentinin deputatı, “Şərəf duyuram” fraksiyasının rəhbəri Artur Vanetsyan deputat mandatından imtina edir.

“Sputnik Armenia” xəbər verir ki, o, özü bu barədə deyib.

Vanetsyan parlamentin ölkəni böhrandan çıxarmaq üçün effektiv meydan olmadığını və başçılıq etdiyi “Vətən” partiyasının qanunverici orqandan kənarda siyasi mübarizəni davam etdirəcəyini deyib.

“Vətən” partiyasının parlamentdən getməsi ilə Respublika partiyasının da daxil olduğu “Şərəf duyuram” parlament bloku faktiki olaraq dağılacaq.

Əvvəlki məqalə

“Kalininqradın blokadasına cavabımız Litva üçün ciddi olacaq” –

Sonrakı məqalə

Rusiya Avropa İttifaqından Kalininqrada tranzitin dərhal bərpasını tələb edib