ABŞ Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris İsrailin Qəzza zolağındakı hərəkətlərini dəstəklədiyi üçün çoxlu səs itirib.
Azpost.info xəbər verir ki, bunu ABŞ Yaşıllar Partiyasından prezidentliyə namizəd olmuş Cil Steyn (38 ştatda qeydiyyatdan keçmiş) bildirib.
“Harris sadəcə olaraq İsrailə silah embarqosu qoyulmasını tələb edə bilərdi. Amma bu, onun seçimi idi”, – Steyn bildirib.
Onun sözlərinə görə, ABŞ ən böyük zorakılıq ixracatçısı olub və sadə amerikalıların problemlərini həll etmək üçün kifayət qədər vəsait olmasa da, Konqres büdcəsinin yarısı silaha xərclənir.
“Harris ABŞ xalqının dəstəyini almadı, çünki o, amerikalıları onların problemlərini həll edəcəyinə inandırmadı”, – Steyn bildirib.
Azpost.info