Kanada Rusiya Mərkəzi Bankın sədrinə sanksiya tətbiq etdi

Kanada hökuməti aralarında Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullina və bir neçə biznesmen olmaqla 14 rusiyalı şəxsə sanksiya tətbiq edib.

Azpost.info xəbər verir ki, sanksiya siyahısına iş adamları Mixail Qutseriyev, Pyotr Aven, Mixail Fridman, Oleq Boyko, həmçinin violonçel ifaçısı Sergey Rolduqinin də daxil edildiyi bildirilir. Bununla yanaşı, Mariya Lavrova, Katerina Tixonova, Mariya Vorontsova və Yekaterina Vinokurovaya da sanksiya tətbiq olunub.

Azpost.info

Əvvəlki məqalə

Qırğızıstan Prezidenti Şəhidlər xiyabanını ziyarət edib – FOTO

Sonrakı məqalə

Putin və Paşinyan Azərbaycanla üçtərəfli əməkdaşlığın aktivləşdirilməsi barədə razılıq əldə edib