Kanadada etirazçılar abirogen xalqların uşaqları üçün internat-məktəbin yaradıcılarından biri olan Eqerton Rayersonun heykəlini dağıdıblar.
Azpost.info bildirir ki, bu barədə Toronto Star qəzeti məlumat yayıb. Hindu uşaqları üçün yaradılmış internat məktəbin həyətində tapılmış 200 azyaşlının qalıqları ölkədə ciddi qəzəb doğurub.
Qeyd edək ki, Kamlups şəhərində sabiq internatın həyətində 3 yaşına qədər olan 200-ə qədər uşaqların qalıqları tapılıb. CBC-in xəbərinə görə, internat məktəb 1890-1969-cu illərdə katolik kilsəsinin nəzarəti altında fəaliyyət göstərib.
Bazar günü etirazçılar heykəli qriffitlə yazıblar, axşam isə dağıdıb çeviriblər. Nümayişçilər heykəlin dağdılmasından şad olduqlarını deyiblər.
Kanadanın baş naziri Castin Trüdo internat-məktəb təcrübəsini pisləyib və bunu “faciə” adlandırıb. Onun sözlərinə görə, uşaqları ailələrdən götürürlərmiş.
Belə müəssisələrdə Kanadanın köklü əhalisinin 150 min uşaqğı oxuyub. Pis münasibət və şərait üzündən 3,2 min uşaq orada ölüb. kanada höküməti bununla bağlı əvvələr rəsmi şəkildə üzr istəyib.