ABŞ sakini 46 il əvvəl itirdiyi pulqabını tapdı-FOTO

Kaliforniya ştatının Ventura şəhərinin sakini 46 il əvvəl itirdiyi portmanatı tapıb.

Azpost.info bildirir ki, 1975-ci ildə 20 yaşlı Kollin Distin kinoteatrda olarkən portmanatını itirib. Qız hesab edib ki, 200 dollar və ailə fotolarının olduğu pulqabı döşəməyə qoyduğu çantasından düşüb.

Distin səhəri gün kinoteatra zəng vuraraq bu barədə məlumat verib. Ona bildiriblər ki, heç kim tapdığı portmanatı onlara təqdim etməyib.

25 may 2021-ci ildə kinoteatrda təmiri zamanı fəhlə Tom Stivens pulqabını tapıb. Portmanat döşmənin altındaki zirzəmidə konfet kağızlarının və cırılmış biletlərin, qazlı içki qablarının arasında olub.

Stivens əşyanın içində olanların köməyi ilə sahibini tapmağa çalışıb. Orada köhnə fotolar, Grafeul Dead qrupunun 1973-cü ildəki konsertinə bilet və sürücülük vəsiqəsi olub. Portmanatda pul olmayıb.

Facebook-da verdiyi elan fəal şəkildə paylaşılıb. Bir neçə saatın içində məlmat Distinə çatıb. İyunun 4-də Distin 46 il əvvəl itirdiyi pulqabını götürüb. O bildirib ki, bu tapıntı onun üçün zaman kapsulu təsiri bağışlayıb. Portmanatda şeirlər, qeydlər, məktəb dostlarının fotoları və mərhum anasının fotosu olub.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

BMT Baş Assambleyası 76-cı sessiyasının yeni sədri seçilib

Sonrakı məqalə

Kanadada 200 uşağın öldüyü internatın sahibinə qoyulan heykəli dağıdıblar