Kanadada katolik məktəbinin yaxınlığında daha 182 uşaq qəbri aşkarlanıb

Kanadanın Britaniya Kolumbiyası əyalətində Şimali Amerika ölkələrindən olan abirogen uşaqlar üçün nəzərdə tutulmuş keçmiş məktəbin ərazisində növbəti böyük məzarlıq aşkar olunub.

Bu barədə “CBC” telekanalı məlumat yayıb.

Məktəb Krenbruk şəhərində yerləşib və 1970-ci ildə bağlanıb. Burada 182 adsız qəbir tapılıb. Ehtimal olunur ki, bu qəbirlər ölən uşaqlara aid olub.

Keçən həftə Saskaçevan əyalətində hindu qəbilələrinin uşaqları üçün nəzərdə tutulmuş keçmiş keçmiş internat məktəbinin yanındakı ərazidə 751 adsız qəbir aşkar edilmişdi. Mayın sonunda Britaniya Kolumbiyasında hindu uşaqlar üçün olan başqa bir məktəbdə 215 azyaşlının qalıqları tapılmışdı. Bu xəbərdən dəhşətə gələn Kanada ictimaiyyəti hakimiyyətdən sonuncusu 1996-cı ildə bağlanmış bütün hindu məktəblərinin ərazilərində oxşar qazıntılar aparılmasını tələb etdilər. Həmçinin bu cür məzarlıqların və məktəblərin aşkar olunmasına imkan verəcək sənədlərin dərc olunması üçün Roma-Katolik kilsəsinə çağırışlar edilib.

Qeyd edək ki, 1876-cı ildə baş nazir Con Makdonaldın Kanadadakı rəhbərliyi dövründə hindilərlə bağlı akt – federal hökumətin ehtiyacları üçün ölkənin abirogen xalqlarının torpaqlarının ələ keçirilməsini nəzərdə tutan qanun qəbul edilmişdi. 1884-cü ildə ona rezident adlanan xüsusi məktəblərin yaradılması ilə bağlı əlavələr də edildi. Hindu qəbilələrin uşaqlarının Kanada ictimaiyyətinə inteqrasiya edilməsi üçün onlar zorla bu internat məktəblərinə aparılırdı. Statistikaya görə, 150 min şagirddən azı 3,2 mini döyülmə və xəstəliklərdən ölmüşdü.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakıda 17 yaşlı qız küçədə bıçaqlanıb

Sonrakı məqalə

58 il əvvəl qətlə yetirilmiş uşağın kimliyi “Facebook”da üzə çıxdı –