Kanadada kilsə məktəbindən növbəti uşaq məzarlığı tapıldı

14 İyul 2021 - 08:21

Kanadanın Britaniya Kolumbiyası əylətində 160 adsız uşaq məzarı tapılıb.

Cbc.ca xəbər verir ki, Cənubi Körfəz adalarından biri olan Kuper adasının Penelakut yerli qəbiləsi internat kilsəsinə aid ərazidə 160-dan çox “sənədsiz və qeyd edilməmiş” məzar tapıldığını bildirib.

Məruzədə qəbirlərlə bağlı daha ətraflı məlumat verilmədiyi qeyd olunub. Kuper adası internat məktəbi rəsmi qeydlərə görə 1890-1970-ci illər arasında fəaliyyət göstərib.

Kanadadakı kilsə məktəbinin həyətindəki qeydiyyatsız uşaq qəbirləri ilk dəfə 29 mayda gündəmə gəlib. O zaman Britaniya Kolumbiyası əyalətinin Kamlups şəhərində internat kilsə məktəbinin bağçasında 215 uşaq meyitinin qalıqları tapılıb.

İyunun 24-də Sakatçevan əyalətindəki “Marieval” internat məktəbinin bağçasında qeydiyyata alınmamış 751 uşaq cəsədi olan qəbirlər aşkar edilib.

30 iyun 2021-ci ildə “Eugene” missiya məktəbinin yaxınlığında 182 uşaq qalıqları olan qəbirlər müəyyənləşdirilib.