Kansler Merkel xəstəxanada Navalnıya baş çəkib

Almaniyanın Kansleri Angela Merkel Berlində xəstəxanada Rusiyanın müxalif siyasətçisi Aleksey Navalnıya baş çəkib. Avropalı ekspertlər siyasətçinin hərbi dərəcəli sinir qazıyla zəhərlənməsi qənaətinə gəliblər.

44 yaşlı Navalnı sentyabrın 28-də Twitter-də yazıb ki, bu “özəl səfər, ailə ilə söhbət idi”.

O, Merkelə 32 gündür qaldığı Charite xəstəxanasında ona baş çəkdiyinə görə “böyük minnətdarlıq” bildirib.

Merkelin sözçüsü Stefen Seybet sentyabrın 28-də mətbuat konfransında qeyd edib ki, bu, “xəstəxanada Navalnının şəxsi ziyarəti” idi və görüşdən nə deyildiyi, nə qədər çəkdiyini açıqlamayıb.

Bir gün öncə Almaniyanın “Der Spiegel” dərgisi Merkelin Navalnını xəstəxanada “gizli” ziyarət etdiyini yazıb. Navalnı isə deyir ki, “görüş olub, buna heç kəs gizli deməməlidir”.

Rusiya Prezidenti Vladimir Putinin çoxdankı tənqidçisi olan Navalnı ötən həftə xəstəxanadan buraxılıb. Hazırda Almaniyadadır.

Siyasətçi avqustun 20-də Sibirdən Moskvaya gedərkən təyyarədə özünü pis hiss edib, üç həftəyədək süni komada qalıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Hərbi vəziyyət dövründə təhsil müəssisələrinin fəaliyyətinə icazə verilir

Sonrakı məqalə

Rusiya Dövlət Duması sabah Qarabağla bağlı xüsusi iclas keçirəcək –