Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Aktual
  • ÖZƏL

Kapital Bank müştərilərindən şikayətlər artır

Orkhan Ali 05 Sentyabr 2025 - 15:02 (Last updated: 07 Sentyabr 2025 - 12:56)
Kapital Bank

Kapital Bank

Kapital Bank-ın xidmətlərindən narazılıqlar sosial şəbəkələrdə və müştəri müraciətlərində artmaqdadır. AzPost-a daxil olan şikayətdə bildirilir ki, müştəri iyul ayının sonunda “cashback” kartı ilə soyuducu alıb, lakin alış-verişdən sonra kartına əlavə olaraq otuz səkkiz manat altmış dörd qəpik məbləğində sığorta borcu yazılıb. Bank həmin ödənişi 01 sentyabr 2025 tarixinədək ödəməyi tələb edib və vəsait müştəri tərəfindən ödənilib.

Problem bununla bitməyib. Müştəri 03 sentyabr tarixində eyni kartla marketdən xırda alış-veriş etdikdən sonra, həmin alış-verişin üzərinə yenidən sığorta ödənişi əlavə olunub. Bu isə istehlakçıda ciddi narazılıq yaradıb.

Şikayətçi qeyd edir ki, məsələ ilə bağlı bankın “chatbot” xidmətinə müraciət edib. Lakin cavab kimi yalnız hazır mesaj göndərilib: guya Phishing-Skimming və işsizlik sığortası illikdir və ildə bir dəfə tutulur. Müştəri isə haqlı olaraq bildirir ki, ödənişin üstündən bir həftə belə keçmədən eyni sığorta məbləği ikinci dəfə tutulub.

Paylaşılan şəkillərdə də görünür ki, kartın borc siyahısında “Phishing-skimming (dələduzluq)” üçün 27.30 AZN, işsizlik sığortası üçün 10 AZN, üstəlik market alış-verişləri ilə birlikdə yeni borc göstərilib. Halbuki, müştəri artıq əvvəlki ödənişi bağlamışdı.

Şikayətçi narazılığını sərt şəkildə ifadə edərək yazır: “Sizin kartınız da batsın, xidmətiniz də! Dələduzun böyüyü sizsiz! Əsas mühafizə sizdən lazımdır!”

 Kapital Bank tərəfindən açıqlama təqdim edilərsə yazı yenilənəcək.

AzPost.az

Post navigation

Previous: 2850 manata aldığı telefon başına bəla oldu
Next: Polşa ABŞ-dan yüksək dəqiqlikli bombalar alır

Oxşar xəbərlər

ramiz
  • Aktual

Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarıldı

User 16 Oktyabr 2026 - 17:12
vuqar zif
  • Aktual

Mətbuat Şurasının yeni sədri seçilib

User 16 Oktyabr 2026 - 12:18
milli meclis
  • Aktual

Milli Məclis təxribatlarla bağlı bəyanat yaydı –

User 16 Oktyabr 2026 - 09:18

xƏBƏR

ilham aliyev
  • Baş Yazı

Mədəniyyət xadimləri İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

User 07 Noyabr 2026 - 18:15
Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. Təbrikdə deyilir: “Möhtərəm cənab Prezident, 8...
Read more about Mədəniyyət xadimləri İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Türkiyə Orta dəhlizlə bağlı planlarını açıqladı – Hakan Fidandan açıqlama Hakan Fidan
  • Dünya

Türkiyə Orta dəhlizlə bağlı planlarını açıqladı – Hakan Fidandan açıqlama

User 07 Noyabr 2026 - 16:50
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib sevinc
  • Sosial

Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib

User 07 Noyabr 2026 - 15:32
Ukrayna ilə danışıqlara Putinin əsas adamları gedir – Heyətdə kimlər var? rus ukr bayraq
  • Dünya

Ukrayna ilə danışıqlara Putinin əsas adamları gedir – Heyətdə kimlər var?

User 07 Noyabr 2026 - 15:04
TRIPP layihəsi regionda hansı dəyişikliklərə yol aça bilər? – ABŞ-dan mesaj abs sefir ermenis
  • Dünya

TRIPP layihəsi regionda hansı dəyişikliklərə yol aça bilər? – ABŞ-dan mesaj

User 07 Noyabr 2026 - 14:59
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.