Kapitoliyə hucum edənlər ABŞ Konqresinin sədri Pelosinin noutbukunu oğurlayıblar

09 Yanvar 2021 - 11:30

Vaşinqtonda baş verən etirazlar zamanı Kapitoli binasına daxil olan iğtişaşçılar ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin noutbukunu oğurlayıb.

Bu barədə Nensi Pelosinin köməkçisi Dryu Hemill öz “Twitter” səhifəsində məlumat yayıb.

“Noutbuk konfrans zalından oğurlanıb. Oğurlanan noutbuk yalnız təqdimat mərasimlərində istifadə edilirdi”, – N.Pelosinin köməkçisi yazıb.

Qeyd edək ki, yanvarın səkkizi Donald Trampın tərəfdarları seçkilərin nəticələrinə etiraz olaraq Konqres binası qarşısında aksiya keçirib, daha sonra binaya daxil olublar.

Təhlükəsizlik qüvvələri daha sonra onları binadan çıxarmağa nail olub.

Toqquşmalar nəticəsində ölən və xəsarət alanlar olub.