Karantin dövründə uşaqlara ən çox qoyulan adlar –

SİYAHI
13 May 2020 - 20:13

Bu ilin aprel ayında uşaqlara ən çox qoyulan adlar məlum olub.

Bu barədə Ədliyyə Nazirliyindən “Report”un sorğusuna cavab olaraq bildirilib.

Cari ilin aprel ayında doğumu qeydə alınmış körpələrdən oğlan cinsindən olanlara Uğur, Əli, Yusif, Hüseyn və Ömər, qız cinsindən olanlara isə Zəhra, Zeynəb, Aylin, Mələk və Nuray kimi adların verilməsi üstünlük təşkil edib.