Azərbaycan Turizm Agentlikləri Assosiasiyası ölkədə karantin rejimi başa çatdıqdan sonra səfərə gedib-qayıdan Azərbaycan vətəndaşlarının 14 gün müddətinə karantinə yerləşdiriləcəyi ilə bağlı yayılmış söz-söhbətə münasibət bildirib.
Qurumun İdarə Heyətinin sədri Rüfət Hacıyev bildirib ki, bu məlumat həqiqəti əks etdirmir.
O deyib: “Düşünürəm ki, bu fikir şəxsi mövqedən irəli gələrək səsləndirilib. Qeyd olunan məsələ ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın rəsmi qərarı yoxdur. Vətəndaşlarımıza məsləhət görərdim ki, yalnız rəsmi məlumata inansınlar”(report).