Karantində qanunsuz arayış verən vəzifəli şəxsin məhkəməsi başlayır

Vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilən Quba rayon İcra Hakimiyyəti başçısının Vladimirovka kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi İslam Abayevin barəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

Cinayət işi baxılması üçün Quba rayon Məhkəməsinə göndərilib. Cinayət işi hakim Rahim Həsənovun icraatına verilib.

Qeyd edək ki, koronavirus infeksiyasının respublika ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi məqsədilə Prezident İlham Əliyevin tapşırığı ilə yaradılmış Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan edilən xüsusi karantin rejimi qaydalarının müxtəlif yollarla pozulması ilə bağlı aparılan araşdırmalar zamanı Quba rayon İcra Hakimiyyəti başçısının Vladimirovka kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi İslam Abayevin vəzifə saxtakarlığı edərək ayrı-ayrı şəxslərə Qusar rayonuna getmələrinə dair qanunsuz arayışlar verməsinə şübhələr müəyyən edilib.(APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dolların bu günə olan rəsmi məzənnəsi

Sonrakı məqalə

“Mikayıl Müşfiqi tapmaq üçün sümüklərin ekspertizası aparılır” –