“Karantini götürsək yoluxmanın ikinci dalğası baş verə bilər” –TƏBİB

“Sosial-iqtisadi amillər sərt karantin rejiminin uzun müddət uzadılmasına imkan verə bilməz”.

Bunu bu gün xüsusi karantin rejimində məhdudiyyətlərin sanitar-epidemioloji vəziyyətə uyğun olaraq yumşaldılması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

O bildirib ki, hazırda bir çox dövlətlərdə sanitar-karantin rejimi təhlil edilərək yumşaldılır.

“Avstriya, Almaniya və bir sıra dövlətlər sərt təcrid rejimindən çıxmağa qərar veriblər. Xüsusi karantin rejiminin nəzarət altında tədricən aradan qaldırılması zəruridir. Bu sahədə hər kəsi milli həmrəyliyə dəvət edirik. Karantin rejiminin aradan qaldırılması ilə yoluxmanın ikinci dalğasının baş verməsi ehtimalı var. Ən böyük təhlükələr qarşıda ola bilər. Tədqiqatçıların fikrini izləyirik. Vaksinasiya probleminin yaxın 1 il ərzində həll olunması  sual altındadır. Yoluxmanın nəzarət altında saxlanılması həyati vacib məsələdir. Azərbaycan əhalisi buna milli təhlükəsizlik məsələsi kimi baxmalıdır. Biz qarşıdakı bir il ərzində düşmənin yaxında olmasını unutmamalıyıq”, – deyə R. Bayramlı vurğulayıb. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Görsək ki, vəziyyət mənfi istiqamətə gedir, məcbur olub yenə də sərtləşdirəcəyik” –

Sonrakı məqalə

Azərbaycanda koronavirusa yoluxmanın 52,1 faizi Bakının payına düşür