Karantinlə bağlı məhdudiyyətlər sərtləşdirilə bilər –Operativ Qərargahdan XƏBƏRDARLIQ

Elektron icazə verilməsi proseduruna yenidən baxıla, məhdudiyyətlər sərtləşdirilə bilər”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

İ. Məmmədov deyib ki, Azərbaycanda vəziyyət digər dünya ölkələri ilə müqayisədə yaxşıdır: “Başqaları ilə müqayisədə bu yaxşı vəziyyəti saxlamaq dövlətin konstitusion borcudur. Dövlət qaydaları pozanları təcrid etmək üçün bütün addımları atacaq. Hökumət bu addımı atmaq istəmir”. 

İ. Məmmədov nəzərə çatdırıb ki, karantin rejimini uzatmaq sadə bir qərar deyil, iqtisadiyyat zərər çəkir, kiçilir.

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı isə qeyd edib ki, karantin rejimini uzatmamaq üçün karantin rejimi qaydalarına əməl etmək tələb olunur.

Onun sözlərinə görə, süni tənəffüs aparatlarına qoşulan koronavirus xəstələrinin çoxu vəfat edir.

bu barədə bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib. Bayramlı deyib ki, koronavirusa yoluxan xəstələr süni tənəffüs aparatına qoşulan zaman ağırlaşmalar, orqan çatışmazlığı yaranır.

“TƏBİB-in qaydaları sərtləşdirmək üçün Operativ Qərargaha, hökumətə müraciət etmək məcburiyyətində qalmamağı üçün vətəndaşlar qaydalara riayət etməlidir. Bu gün yoluxan 105 nəfərdən biri – yaşlı qadının vəziyyəti ağırdır. Nisbətən gənc yaşda olan xəstələrimizin də xəstəliyi ağır keçirməsi halları var. Vətəndaşlarımızın ən böyük töhfəsi karantin rejiminə əməl etməsi olar. O vətəndaşlara həkimlərimizin geyindiyi kombinzonu, maskanı geyindirsək, 1 saat da belə qala bilməzlər. O geyimdə nəfəs almaq çətindir, eynək belə tərləyir. Həkimlər belə çətinliyə dözür, bunun qarşılığında insanların evlərində ailələri ilə günlərini keçirməkləri niyə çətin olsun?! Vətəndaşlarımızla bərabər tibb işçilərinin də psixoloji dəstəyə ehtiyac var. Bu baxımdan tibbi personalımıza və karantindəki vətəndaşlarımıza dəstək üçün Psixoloji Yardım mərkəzi yaradırıq. Bura təcrübəli mütəxəssisləri cəlb edirik. Karantin rejimində 3 mindən artıq vətəndaşımız var. Hazırda yoluxanların bir qismi karantin rejiminə əməl etməyənlərdir”, – deyə TƏBİB sədri vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Rusiya ilə sərhəd bağlıdır, yalnız cənazələrin gətirilməsinə icazə verilib” –

Sonrakı məqalə

Koronavirusun aşkarlanması üçün Gəncə və Naxçıvanda laboratoriyalar qurulub