Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Din

“Katolikosla görüş sülhə xidmət edə bilər” –

User 13 May 2023 - 14:46 (Last updated: 21 May 2025 - 20:15)
seyx isv
İsveçrənin “HD” ( Humanitar Dialoq) sülhməramlı təşkilatının nümayəndə heyəti Şeyxülislam Allahşükür Paşazadə ilə görüşüb.
Azpost.info bildirir ki, bu barədə QMİ mətbuat xidməti məlumat verib.
Qonaqları salamlayan Şeyxülislam həzrətləri əmin olduğunu bildirdi ki, Humanitar Dialoq missiyasının fəaliyyəti dünyada sülh, dövlətlər və xalqlar arasında yaxınlaşmaya vəsilə ola bilər.
Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi dönəmində missiyanın Azərbaycana təşrif gətirməsini yüksək dəyərləndirən Şeyxülislam Azərbaycandakı dini tolerantlıq əlaqələrinin möhkəmlənməsində dövlət rəhbərlərinin müstəsna xidmətlərini qeyd edib, işğaldan azad olunmuş ərazilərdə dini abidələrin bərpasına Prezident İlham Əliyev tərəfindən göstərilən xüsusi diqqətin mahiyyətini vurğulayıb.
Azərbaycan və Ermənistan dini mərkəzləri arasında münasibətlərin dinamikasını təhlil edən Şeyxülislam bölgədə sülhün bərpası naminə yeni konstruktiv addımların atılacağına ümid etdiyini bildirib.
Missiyanın üzvləri – Baş məsləhətçi, səfir Martin Sajdik ( Avstriya) və Avrasiya üzrə məsləhətçi Loran Vinatye (Fransa) HD-nin qlobal əhatə dairəsi, çoxistiqamətli vasitəçilik və geniş şəbəkələri sayəsində ənənəvi diplomatiyanın məhdudiyyətlərindən kənarda işləməyə və tərəfləri qarşılıqlı sülhə cəlb etmək imkanları barədə məlumat verdilər.
Səfir Martin Sajdik qeyd etdi ki, həm beynəlxalq, həm də yerli səviyyəli müxtəlif qurumları, silahlı qrupları, müxalif partiyaları və icmaları bir araya gətirir, onları ortaq gələcək naminə vizyon qurmağa və davamlı sülh yaratmağa səy göstəririk. Missiya bir gün əvvəl Ermənistanda katolikos II Qareginlə görüşləri barədə məlumat verərək Azərbaycan və Ermənistan dini liderlərinin görüşünün mümkünlüyünü və qarşılıqlı münasibətlərin bərpası naminə birgə fəaliyyət göstərməyə hazır olduqlarını qeyd etdi.
Şeyxülislam qonaqlarının nəzərinə çatdırdı ki, uzun illər ərzində Ümümdünya Kilsələr Şurasının, Moskva və bütün Rusiya Patriarxiyasının, Gürcü Patriarxiyasının vasitəçiliyi ilə keçirilən çoxsaylı görüşlər nəticəsində münaqişənin xristian-müsəlman müharibəsi kimi dini aspektə keçməsinin qarşısı alınıb, dünya ictimaiyyətinə müharibənin həqiqi mahiyyəti, haqq işimiz barədə informasiya verilib. Hal-hazırda Eçmiədzinin ölkəmizin əzəli torpaqlarına qarşı ərazi iddialarından əl çəkməsi, revanşist müharibə şüarlarını dayandırması, beynəlxalq hüquq və mükəlləfiyyətlərə riayət etməsi təqdirində Katolikos II Qareginlə görüşləri davam etdirmək ümumi sülhə xidmət edə bilər.
Qafqaz Müsəlmanları İdarəsi bəşəri sülhə vasitə olan proseslərdə iştiraka hər zaman hazırdır.
Görüşün sonunda Şeyxülislam Allahşükür Paşazadə həzrətləri tərəfindən qonaqlara xatirə hədiyyələri təqdim edildi.

Post navigation

Previous: Hərbi attaşelər Ermənistan silahlı qüvvələrinin təxribatı barədə məlumatlandırılıb
Next: Azərbaycan və Ermənistan liderləri arasında görüşün qrafiki açıqlanıb

Oxşar xəbərlər

SEYX
  • Din

Gələn il Azərbaycanda Dini Liderlərin Zirvə Görüşü keçiriləcək

User 28 Oktyabr 2026 - 13:04
seyx tdt02
  • Din

“Dindarlar dövlətimizin yanındadırlar” – Şeyxülislam

User 28 Oktyabr 2026 - 12:50
dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23

xƏBƏR

netanyahu
  • Dünya

Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər

User 29 Oktyabr 2026 - 20:30
İsrailin Baş naziri Benyamin Netanyahunun rəhbərlik etdiyi koalisiya parlament seçkilərində Knessetdə 53 mandat qazanıb. Bununla da hökumət...
Read more about Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər
Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq Almaniya
  • Dünya

Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq

User 29 Oktyabr 2026 - 20:20
Gəzərkən baldırınız ağrıyırsa, diqqətli olun – həkim xəstəliyin əlamətini açıqladı ayaq key
  • Maraqlı

Gəzərkən baldırınız ağrıyırsa, diqqətli olun – həkim xəstəliyin əlamətini açıqladı

User 29 Oktyabr 2026 - 20:10
Kartof zərərlidir, yoxsa faydalı? – Bu məhsulla bağlı 5 mif açıqlandı kartof qaynadilmis
  • Maraqlı

Kartof zərərlidir, yoxsa faydalı? – Bu məhsulla bağlı 5 mif açıqlandı

User 29 Oktyabr 2026 - 20:00
İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur vens
  • Dünya

İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur

User 29 Oktyabr 2026 - 19:47
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.